Rusiyada bəndinin uçması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl ödəniləcək

Rusiyada bəndinin uçması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl ödəniləcək
  • Clock-gray 01:24
  • calendar-gray 21 Oktyabr 2019

Rusiyanın Krasnoyarsk diyarında su anbarının bəndinin uçması nəticəsində qızıl mədən artelinin ölən işçilərinin ailələrinə bir milyon rubl vəsait ödəniləcək.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın Əmək Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, zərərçəkənlərə verilən sığorta müavinətlərinin miqdarı fərdi olaraq müəyyənləşdiriləcək. 

Qeud edək ki, oktyabrın 18-də Rusiyanın Krasnoyarsk diyarının Kurqan rayonunda Seyba çayı üzərindəki bəndin uçması nəticəsində qızıl mədənində çalışan 15 nəfər işçi həlak olmuşdu
 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date