Rusiyada binada çökmə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB-1

Rusiyada binada çökmə nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb - YENİLƏNİB-1
# 04 dekabr 2022 19:04 (UTC +04:00)

Rusiyada beşmərtəbəli binada çökmə və dağıntının səbəbi açıqlanıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntının səbəbi qaz balonunun düzgün quraşdırılmaması və onun istismarı zamanı texniki təhlükəsizlik qaydalarının pozulması olub.

Partlayış baş verən bina qazlaşdırılmamış olub.

Qeyd edək ki, son məlumatlara əsasən, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.

***

saat 18.26

Rusiyada beşmərtəbəli binada çökmə və dağıntı nəticəsində ölənlərin sayı artıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Xəstəxanaya yerləşdirilən 3 nəfərdən ikisinin durumu isə ağırdır.

***

saat 18.12

Rusiyada beşmərtəbəli binanın iki mərtəbəsi çöküb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, Nijnevartovskda beşmərtəbəli binanın ikinci və üçüncü mərtəbəsində çökmə və dağıntı olub, 1 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Binadan 52 sakin evakuasiya edilib.

Xilasedicilər dağıntılar altında insanların qala biləcəyini istisna etmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR