Rusiyada binada partlayış zamanı ölənlərin sayı 9-a çatıb - VİDEO - YENİLƏNİB-4

Rusiyada binada partlayış zamanı ölənlərin sayı 9-a çatıb - VİDEO  - YENİLƏNİB-4
# 19 noyabr 2022 11:17 (UTC +04:00)

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 9-a çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. O ölənlərdən 3-nün uşaq olduğunu deyib.O ölənlər arasında 4 uşağın olduğunu deyib.

Ərazidə axtarış tədbirləri davam etdirilir.

***

09:52

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 7-yə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Valeri Limarenko bildirib. O ölənlərdən 3-nün uşaq olduğunu deyib.

Hazırda ərazidə itkin düşmüş sayılan daha 3 nəfərin axtarışları davam etdirilir.

***

09:52

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı 4-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin xilasetmə xidmətindən məlumat verilib.

***

08:20

Rusiyanın Saxalin vilayətinin Tımkovskoye qəsəbəsində beşmərtəbəli yaşayış binasında baş verən partlayışda ölənlərin sayı artıb.

APA xəbər verir ki, bu barədə qubernator Valeri Limarenko bildirib.

Partlayış nəticəsində ölənlərin sayı 3-ə yüksəlib.

***

Saat 07:53

Rusiyada beşmərtəbəli yaşayış binasında baş verən partlayışda 9 nəfər xəsarət alıb, bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə mənzillərdən birində qaz balonunun partlaması nəticəsində baş verib.

***

Saat 07:15

Rusiyanın Saxalin adasının Tımovskoye kəndində beşmərtəbəli yaşayış binasında partlayış olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisənin qaz sızması səbəbindən baş verdiyi bildirilir.

Dağıntılar altında 6 nəfərin qaldığı ehtimal olunur.

Hazırda hadisə yerinə xilasedicilər insanların axtarışına başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR