Rusiyada COVID-19-dan ölənlərin sayı 320 mini ötüb

Rusiyada COVID-19-dan ölənlərin sayı 320 mini ötüb
# 15 yanvar 2022 13:16 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 27 179 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 774 304 nəfərə çatıb.

Son sutka ərzində 723 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 320 634 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR