Rusiyada COVİD-19 yoluxanların karantin müddəti qısaldılıb

Rusiyada COVİD-19 yoluxanların karantin müddəti qısaldılıb
# 18 yanvar 2022 15:36 (UTC +04:00)

Rusiyada koronavirusa (COVİD-19) yoluxanların karantin müddəti qısaldılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bildirib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxanlar üçün karantin müddəti 14 gündən 7 günədək qısaldılır.

Rusiya baş nazirinin müavini ölkə üzər koronavirusa qarşı kollektiv immunitetin 63,9 faiz təşkil etdiyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR