Rusiyada daha 32 106 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 32 106 nəfər COVID-19-a yoluxub
# 06 dekabr 2021 12:45 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 32 106 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 833 749 nəfərə çatıb.

Son sutka ərzində 1184 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 282 462 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR