Rusiyada daha 33860 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 33860 nəfər COVID-19-a yoluxub
# 29 noyabr 2021 12:42 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 33 860 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 604 233 nəfərə çatıb.

Son sutka ərzində 1 209 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 273 964 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR