Rusiyada daha 740 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 740 nəfər COVID-19-dan ölüb
# 13 yanvar 2022 12:56 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 155 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 723 305 nəfərə çatıb.

Son sutka ərzində 740 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 319 172 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR