Rusiyada elmi dərəcələrlə bağlı yeni islahat hazırlanır

Rusiyada elmi dərəcələrlə bağlı yeni islahat hazırlanır
# 26 iyul 2022 05:19 (UTC +04:00)

Rusiyanın Ali Attestasiya Komissiyası (AAK) elmlər namizədi və elmlər doktoru dərəcələrinin alınması üçün elmi məqalələrə dair yeni tələblər hazırlayır.

APA-nın TASS-a istinadla xəbərinə görə, bu barədə AAK-ın sədri Vladimir Filipov məlumat verib.

Filipov bildirib ki, tələblər yaxın aylarda təqdim ediləcək. Bu zaman dissertasiyaların əsas nəticələrinin dərc edilməsi tövsiyə edilən jurnalların yeni siyahısı tərtib ediləcək.

İslahata səbəb Rusiyanın elmi jurnallarının WoS və Scopus məlumat bazalarından xaric edilməsidir. Buna səbəb Rusiya hökumətinin mart ayında elmi dərəcə almaq üçün xaricdə məqalə nəşri tələbini ləğv etməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR