Rusiyada fermerlər arasında otlaq sahə üstündə atışmada 5 nəfər ölüb

Rusiyada fermerlər arasında otlaq sahə üstündə atışmada 5 nəfər ölüb
  • Clock-gray 03:44
  • calendar-gray 23 Oktyabr 2019

Rusiyanın Rostov vilayətində silahlı insident baş verib. 

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Rostov vilayətinin Orel bölgəsindəki fermalardan birində baş verən silahlı atışmada 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Polisin bildirdiyinə görə, yerli sakinlər arasında mal-qara üçün nəzərdə tutulmuş otlaq sahələrin üstündə mübahisə yaranıb. Tərəflər sonradan silaha əl atıblar.

Ov tüfəngindən açılan atəş 5 nəfərin ölümünə səbəb olub.
 
Hadisə yerinə cəlb edilmiş istintaq və əməliyyat qrupu hadisənin başvermə səbələrini araşdırır.

Faktla bağlı cinayət işi açılıb. 

Adının çəkilməsini istəməyən şəxs “Kanal 112” televiziyasının əməkdaşına bildirib ki, milliyyətcə çeçen olan iki ailə arasında otlaq sahə üstündə mübahisə uzun müddətdir, davam edirmiş. 

Rəşad Sarıyev

Digər xəbərlər

Arxiv

date