Rusiyada “Georgi lenti”ni təhqir edənlər 5 ilə qədər həbs oluna bilər

Rusiyada “Georgi lenti”ni təhqir edənlər 5 ilə qədər həbs oluna bilər
# 19 aprel 2022 14:25 (UTC +04:00)

Rusiyada “Georgi lenti”nin ictimai şəkildə təhqir edilməsinə görə 5 milyon rubla qədər cərimə və ya 5 ilə qədər həbs cəzası ilə nəzərdə tutulub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə yeni qanun layihəsinin müəlliflərindən biri, Dövlət Dumasının Vətəndaş Cəmiyyətinin İnkişafı Komitəsinin sədr müavini Olqa Zanko bildirib.

Onun sözlərinə görə, "Vahid Rusiya" Partiyası bu gün Dövlət Dumasına “Georgi lent”lərinin ictimai təhqirinə görə cinayət və inzibati məsuliyyət haqqında qanun layihəsini təqdim edib.

Deputatın qeyd etdiyi kimi, qanun layihəsi qəbul olunarsa, “Georgi lenti” Rusiyanın hərbi şöhrətinin rəsmi simvoluna çevriləcək. Zanko bildirib ki, hərbi şöhrət simvolunun ictimai təhqirinə görə hüquqi şəxsi 3 milyondan 5 milyon rubla qədər cərimə, fiziki şəxsi isə 3 milyon rubla qədər cərimə və ya üç ilədək həbs cəzası gözləyir.

Həmçinin, Rusiya Federasiyası Cinayət Məcəlləsinin nasizmin reabilitasiyası üzrə 354.1-ci maddəsinə əsasən, eyni əməl bir qrup şəxs tərəfindən qabaqcadan razılaşma ilə və ya internetdə törədildikdə 2 milyondan 5 milyon rubla qədər cərimə və ya 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR