Rusiyada hakerlərə hərbi rütbələr verilməsi təklif olunub

Rusiyada hakerlərə hərbi rütbələr verilməsi təklif olunub
# 22 noyabr 2022 14:24 (UTC +04:00)

Rusiya Dövlət Duması rusiyalı hakerlərə hərbi rütbələr verilməsini təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, belə təkliflə deputat Dmitri Qusev çıxış edib.

“Bizim proqramçılar dünyanın ən yaxşısıdır və bunu hər kəs bilir. Təəssüflər olsun ki, onlar ölkə xaricinə gedirlər, düşünürlər ki, orduya gedib əllərində silahla xidmət edəcəklər. Amma onların silahı kompüterdir”, - deyə rusiyalı deputat vurğulayıb.

Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan və ölkədə qismən səfərbərlik elan edilməsindən sonra Rusiyadan İT sahəsində çalışan yüksək ixtisaslı kadrların axını baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR