Rusiyada havada olan təyyarənin yük yeri açılıb, baqajın bir hissəsi uçub - VİDEO

Rusiyada havada olan təyyarənin yük yeri açılıb, baqajın bir hissəsi uçub - VİDEO
# 09 yanvar 2023 16:58 (UTC +04:00)

Rusiyada havada olan təyyarənin yük bölməsi açılıb, baqajın bir hissəsi uçub.

APA-nın Rusiya bürosu xəbər verir ki, hadisə Yakutiyanın Maqan şəhərindən Maqadana uçan təyyarədə baş verib.

Belə ki, İraero hava şirkətinə məxsus AN-26 təyyarəsi havada olarkən yük bölməsi açılıb və nəticədə təyyarədə olan baqajın bir hissəsi uçub.

Təyyarə hava limanına qayıdıb. Heç kimin xəsarət almadığı bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR