Rusiyada hərbi bazada partlayışda ölənlərin sayı 7 nəfərə çatıb

Rusiyada hərbi bazada partlayışda ölənlərin sayı 7 nəfərə çatıb
# 17 yanvar 2023 13:36 (UTC +04:00)

Rusiyanın Belqorod vilayəti yaxınlığındakı hərbi bazada baş verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində itkin düşən daha 4 nəfərin meyiti tapılıb.

“Bununla da partlayışda ölənlərin sayı 7 nəfərə çatıb, daha 4 nəfərin axtarışları davam edir”, məlumatda deyilir.

Qeyd edək ki, Belqorod yaxınlığında yerləşən hərbi hissədə çavuş tərəfindən qumbaraatanın qəsdən partladılması nəticəsində hərbi hissənin döyüş sursatı anbarında partlayış baş verib. Nəticədə 7 nəfər ölüb, 16 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR