Rusiyada ikisi uşaq olmaqla, üç nəfər yanğında ölüb

Rusiyada ikisi uşaq olmaqla, üç nəfər yanğında ölüb
# 02 avqust 2022 08:28 (UTC +04:00)

Rusiyada fərdi evdə yanğın olub.

APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, hadisə Altay vialyətinin Ozerki kəndində taxta konstruksiyalı fərdi evdə baş verib.

Yanğın zamanı xilasedicilər hadisə yerində 52 yaşlı qadının, həmçinin dörd və yeddi yaşlı iki uşağın meyitini aşkar ediblər.

Hadisə nəticəsində ölən uşaqların anası - 1988-ci il təvəllüdlü qadın yaralanıb.

Faktla bağklı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR