Rusiyada inflyasiya 1999-cu ildən bəri ən aşağı səviyyəyə çatıb

Rusiyada inflyasiya 1999-cu ildən bəri ən aşağı səviyyəyə çatıb
# 27 may 2022 17:05 (UTC +04:00)

Mayın sonunda Rusiyada deflyasiya qeydə alınıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Baş naziri Mixail Mişustin "Rusiya liderləri" müsabiqəsinin superfinalçıları qarşısında çıxış edərkən bildirib.

“Son məlumatlara görə, inflyasiya praktiki olaraq dayanıb. Mayın ilk 20 günündə inflyasiya 1999-cu ildən bəri ən aşağı səviyyəyə çatıb. Artıq son bir həftə ərzində deflyasiya qeydə alınıb”, - Rusiya hökumətinin sədri vurğulayıb.

Mişustin qeyd edib ki, may ayının əvvəlində ölkədə istehlak azalıb - kassa sistemi ilə dövriyyə illik ifadədə demək olar ki, 10 faiz azalıb: “Mayın son həftəsində isə istehlakın azalması üç faizə qədər azalıb. Biz gözləyirik ki, bu gün prezidentin minimum əmək haqqının, yaşayış minimumunun, sosial müavinətlərin, o cümlədən pensiyaların indeksləşdirilməsinin artırılması təşəbbüsü görülmüş tədbirlərlə yanaşı, yaxın gələcəkdə istehlak tələbi ilə bağlı vəziyyəti düzəltməyə kömək edəcək. Bu addım qiymət artımını kompensasiya etməyə və tələbi dəstəkləməyə imkan verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR