Rusiyada istirahət mərkəzində baş verən yanğında 3 nəfər ölüb

Rusiyada istirahət mərkəzində baş verən yanğında 3 nəfər ölüb
# 29 yanvar 2023 10:12 (UTC +04:00)

Rusiyada Serpuxov yaxınlığındakı Avanqard İstirahət mərkəzində baş verən yanğın nəticəsində 3 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə REN TV-yə mənbə məlumat verib.

Yanğın yanvarın 29-da səhər saat 5:22-də başlayıb. Beşmərtəbəli bina yanıb. İki nəfər yerindəcə, üçüncüsü təcili yardım maşınında xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR