Rusiyada kafedə yanğında ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB-1

Rusiyada kafedə yanğında ölənlərin sayı 15-ə çatıb - YENİLƏNİB-1
# 05 noyabr 2022 10:58 (UTC +04:00)

Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində yanğında ölənlərin sayı 15-ə yüksəlib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Yanğın zamanı daha 5 nəfərin yaralandığı da əlavə olunub.

***

10:04

Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində yanğında ölənlərin sayı 13-ə yüksəlib.

APA TASS-a istinadən xəbər verir ki, bundan əvvəl hadisədə 8 nəfərin öldüyü açıqlanmışdı.

***

09.41

Rusiyanın Kostroma şəhərində “Poliqon” kafesində yanğında ölənlərin sayı 8-ə yüksəlib.

APA TASS-a istinadən xəbər verir ki, bundan əvvəl hadisədə 5 nəfərin öldüyü, 4 nəfərin xəsarətlər aldığı açıqlanmışdı.

Xilasetmə xidmətindən yanğın nəticəsində kafenin damının uçduğu bildirilib.

Məlumatda o da deyilir ki, ilkin ehtimala görə, yanğın pirotexniki vasitədən istifadədən baş verib.

Ehtimal olunur ki, ov fişənginin atılması nəticəsində tavandakı dekorativ elementlər alovlanıb.

Fişəngi atan şəxsin kimliyi hələlik məlum deyil. Həmin şəxs axtarışa verilib.

Hadisə zamanı kafedən 250 nəfər təxliyə olunub.

***

08.10

Rusiyanın Kostroma şəhərində əyləncə mərkəzlərində yanğın olub.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Güclü yanğında beş nəfər ölüb.

Yanğın 3500 kvadratmetr ərazini əhatə edib.

Yanğına beş ballıq şkala ilə 3-cü dərəcəli çətinlik dərəcəsi verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR