Rusiyada kafeyə qumbara atılıb, 4 nəfər yaralanıb

Rusiyada kafeyə qumbara atılıb, 4 nəfər yaralanıb
# 06 noyabr 2022 10:39 (UTC +04:00)

Rusiyada kafeyə qumbara atılıb.

APA-nın “gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, hadisə noyabrın 6-da gecə saatlarında Zabaykal diyarının Şilka yaşayış məntəqəsində baş verib.

Kafeyə buraxılmayan 35 yaşlı kişi əsəbiləşib və kafeyə qumbara atıb. Nəticədə 4 nəfər yaralanıb, onlardan birinin durumu orta ağırdır.

Kafeyə qumbara atan şəxs saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR