Rusiyada koronavirusa gündəlik yoluxma halında növbəti rekord qeydə alınıb

Rusiyada koronavirusa gündəlik yoluxma halında növbəti rekord qeydə alınıb
# 23 yanvar 2022 13:16 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 63 205 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, COVİD-19 pandemiyası dövründə gündəlik ən çox yoluxma halı qeydə alınıb.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 11 108 191 nəfərə çatıb.

Son sutka ərzində 679 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 326 112 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR