Rusiyada koronavirusa yoluxanların sayı 10.5 milyona çatır

Rusiyada koronavirusa yoluxanların sayı 10.5 milyona çatır
# 31 dekabr 2021 12:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 20 638 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 499 982 nəfərə çatıb.
Son sutka ərzində 912 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 308 860 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR