Rusiyada koronavirusdan daha 926 nəfər ölüb

Rusiyada koronavirusdan daha 926 nəfər ölüb
# 30 dekabr 2021 12:51 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 21 073 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 479 344 nəfərə çatıb.

Son sutka ərzində 926 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 307 948 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR