Rusiyada koronavirusdan ölənlərin sayı 304 218 nəfərə  çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 304 218 nəfərə  çatıb
# 26 dekabr 2021 12:35 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 721 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 392 020 nəfərə çatıb.

Son sutka ərzində 968 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 304 218 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR