Rusiyada koronavirusdan ölənlərin sayı 305 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 305 mini ötüb
# 27 dekabr 2021 12:46 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 23 210 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 415 230 nəfərə çatıb.

Son sutka ərzində 937 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 305 155 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR