Rusiyada koronavirusdan ölənlərin sayı 315 mini ötüb  

Rusiyada koronavirusdan ölənlərin sayı 315 mini ötüb  
# 08 yanvar 2022 12:51 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 16 568 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 634 603 nəfərə çatıb.

Son sutka ərzində 796 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 315 400 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR