Rusiyada koronavirusdan ölənlərin sayı 376 167 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 376 167 nəfərə çatıb
# 02 may 2022 13:39 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 6207 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 18 195 608 nəfərə çatıb.

Son sutka ərzində 136 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 376 167 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR