Rusiyada koronovirusa yoluxanların sayı 20 milyonu ötüb

Rusiyada koronovirusa yoluxanların sayı 20 milyonu ötüb
# 10 sentyabr 2022 12:04 (UTC +04:00)

Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 53 486 nəfər yoluxub.

APA-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, indiyədək koronavirusa yoluxanların sayı 20 013 781 nəfər olub.

Son sutka ərzində bu virusdan 97 nəfərin öldüyü bildirilib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 385 262 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR