Rusiyada Leninqrad blokadasının soyqırımı kimi tanınması ilə bağlı məhkəmə başlayıb

Rusiyada Leninqrad blokadasının soyqırımı kimi tanınması ilə bağlı məhkəmə başlayıb
# 16 sentyabr 2022 12:06 (UTC +04:00)

Sankt-Peterburq şəhər məhkəməsi Leninqradın blokadasında nasistlərin hərəkətlərinin soyqırımı və hərbi cinayət kimi tanınması ilə bağlı prokurorluğun iddiası üzrə ilkin məhkəmə iclasına başlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Sankt-Peterburq prokuroru məhkəmədən Almaniyanın işğalçı hakimiyyət orqanları, qoşunları və onların əlaltıları - Belçika, İtaliya, İspaniya, Latviya, Hollandiya, Norveç, Polşa, Finlandiya, Fransa və Çexiya hərbi birləşmələri tərəfindən Leninqradın blokadaya alınmasının - 1941-ci il sentyabrın 8-dən 1944-cü il yanvarın 27-dək SSRİ-də yaşayan milli və etnik qrupların müharibə cinayəti, insanlığa qarşı cinayət və soyqırımı kimi tanınması ilə bağlı hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsini xahiş edib.

Sankt-Peterburq prokuroru Viktor Melnik bildirib ki, ekspertlər tərəfindən toplanmış sübutlar Leninqradın mühasirəsinin qurbanlarının sayının indiyədək göstərdiyi statistikadan xeyli çox olduğunu göstərir. Onun sözlərinə görə, prokurorluq blokada zamanı faşistlərin vurduğu ziyanla bağlı faktiki rəqəmləri məhkəməyə təqdim edəcək, dövlət sirri təşkil edən sənədlər də ilk dəfə olaraq məhkəməyə təqdim olunacaq. Bundan başqa, məhkəmə ilk dəfə olaraq Leninqradın blokadasında Almaniyadan başqa digər Avropa dövlətlərinin də iştirakına hüquqi qiymət verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR