Rusiyada “McDonald's”-ı əvəzləyəcək “fast food” şəbəkəsinin loqosu məlum olub - FOTO

Rusiyada “McDonald
# 09 iyun 2022 12:16 (UTC +04:00)

Rusiyada “McDonald's”-ı əvəz edəcək “fast food” restoranlar şəbəkəsi özü üçün yeni loqo seçib.

APA-nın Moskva müxbirinin “İzvestiya”ya istinadən verdiyi məlumata görə, “Rospatent”ə üç rəngdə loqonun qeydiyyatı üçün iki ərizə təqdim edilib. Sonda şirkət “McDonald's” simvollarını- narıncı burger və yaşıl fonda iki sarı kartof çubuqlarını seçmək qərarı verib. Bu gün yeni restoranlar şəbəkəsinin reklam kampaniyasına başlayacağı da bildirilib. Lakin restoranlar şəbəkəsinin adı hələ də məlum deyil.

Qeyd edək ki, “McDonald's” Rusiyada 30 ildən çox işlədikdən sonra Ukrayna müharibəsi fonunda bazarı tərk etmək qərarı verib. Martın 14-dən etibarən şəbəkənin Rusiyada 800-dən çox restoranı fəaliyyətini dayandırıb. Bir müddət əvvəl isə “McDonald's” Rusiyadakı biznesini rusiyalı iş adamı Aleksandr Qovor alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR