Rusiyada məhkumluğu olan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək

Rusiyada məhkumluğu olan şəxslər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək
# 11 iyun 2022 15:48 (UTC +04:00)

Rusiyada cinayətə görə məhkumluğu olan şəxslərin taksi fəaliyyəti ilə məşğul olması qadağan olunub.

APA-nın Moskva müxbirinin məlumatına görə, Rusiya prezidenti Vladimir Putin bu gün orta ağır, ağır və xüsusilə ağır cinayətlərdə törətdiyi cinayətlərə görə götürülməmiş və ya ödənilməmiş məhkumluğu olan şəxslərin taksi sürücüsü işləməsini qadağan edən qanunu imzalayıb.

Son iki halda bu, avtobus və tramvay sürücülərinə də şamil olunur.

Müvafiq qanun rəsmi hüquq- informasiya internet portalında dərc olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR