Rusiyada miqrantların qalma şərtləri sərtləşdirilə bilər

Rusiyada miqrantların qalma şərtləri sərtləşdirilə bilər
# 09 fevral 2023 17:11 (UTC +04:00)

Rusiyada miqrantların qalma şərtləri sərtləşdirilə bilər.

APA-nın Moskva müxbirinin məlumatına görə, viza rejiminin tətbiq olunmadığı ölkələrdən gələn xarici vətəndaşların il ərzində Rusiya Federasiyası ərazisində 180 gün deyil, 90 gün qala bilməkləri planlaşdırılır.

Bundan əlavə, həmin kateqoriya əcnəbi vətəndaşlara “miqrasiya rüsumu”nun tətbiqi məsələsinə də baxılır.

Qeyd edək ki, hazırda Rusiyada əcnəbilər (iş üçün icazəsi olmayan, ölkəyə turist kimi vizasız gələn xarici vətəndaşlar nəzərdə tutulur) 180 gün ərzində ölkədə 90 günə qədər qala bilirlər. 90 gündən sonra isə onlardan RF ərazisini tərk etmək tələb olunur.

Müvafiq təkliflər hazırda Rusiya Federasiyasının Daxili İşlər Nazirliyində müzakirə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR