Rusiyada naməlum şəxs polisə atəş açıb, yaralanan var

Rusiyada naməlum şəxs polisə atəş açıb, yaralanan var
# 06 dekabr 2022 15:34 (UTC +04:00)

Rusiyanın Rostov vilayətində kamuflyaj formasında naməlum şəxs polisə atəş açıb, bir nəfər yaralanıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Rostov vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

"Cinayət bu gün saat 12:00 radələrində Novoşaxtinsk ətrafı ərazisində törədilib. Kamuflyaj geyimli şəxs polis əməkdaşlarına atəş açıb, bundan sonra o, hadisə yerindən qaçıb. Polislərdən biri güllə yarası alıb", - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, polis Novoşaxtinskdə polis əməkdaşlarına hücumda şübhəli bilinən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirir. Şəhər administrasiyasının rəhbəri Sergey Bondarenko qeyd edib ki, şəhərdə fövqəladə vəziyyətlə əlaqədar məktəblərdə və uşaq bağçalarında təhlükəsizlik tədbirləri gücləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR