Rusiyada Omikron ştamının alt variantı aşkar edilib

Rusiyada Omikron ştamının alt variantı aşkar edilib
# 12 iyun 2022 03:15 (UTC +04:00)

Rusiyada koronavirusun omikron ştamının alt variantı olan BA.4 aşkar edilib.

APA TASS-a istinadla xəbər verir ki, bu barədə Rospotrebnadzorun laboratoriya müdiri Kamil Hafizov məlumat verib.

Hafizov bildirib ki, laboratoriyada koronavirusun genomu olan BA.4 aşkar edilib və bu omikron ştamının alt variantı kimi qəbul edilir. Biomaterial may ayının sonunda götürülüb.

Laboratoriya müdiri bildirir ki, kütləvi vaksinasiya virusun müxtəlif variantlarının geniş yayılmasına imkan vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR