Rusiyada ötən il 21 mindən çox adam cinayətin qurbanı olub

Rusiyada ötən il 21 mindən çox adam cinayətin qurbanı olub
# 31 yanvar 2023 17:20 (UTC +04:00)

Ötən il Rusiyada 21,2 min nəfər cinayətin qurbanı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu göstərici 2021-ci illə müqayisədə 9% azdır. Belə ki, 2021-ci il statistikasına əsasən, Rusiyada 23,3 min nəfər cinayətin qurbanı olub.

“Cinayətkar zorakılıqlar nəticəsində 21,2 min nəfər həlak olub, 32,6 min nəfərə ağır zərər dəyib”, - deyə məlumatda qeyd olunub.

O da bildirilib ki, ölənlərin demək olar ki, 40%-i kənd yerlərindədir, bu, 8 min nəfərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR