Rusiyada ötən sutka 2 647  hektar meşə yanğını söndürülüb

Rusiyada ötən sutka 2 647  hektar meşə yanğını söndürülüb
# 14 iyul 2022 05:37 (UTC +04:00)

Rusiyada yanğınsöndürənlər ötən sutka 2 647 hektar ərazidə meşə yanğınlarını söndürüblər.
APA-nın xəbərinə görə, bu barədə Meşələrin Mühafizəsi üzrə Federal Agentlik məlumat verib.

Qeyd edilib ki, ötən sutka ərzində ümumi sahəsi 2647 hektar ərazidə 96 meşə yanğını söndürülüb. Son saata olan məlumata görə, Federasiya ərazisində 16 724 hektar sahədə 188 aktiv meşə yanğını davam edir. Ən ağır vəziyyət Yakutiyadadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR