Rusiyada qarabaşaq kəskin bahalaşıb

Rusiyada qarabaşaq kəskin bahalaşıb
# 22 oktyabr 2019 10:58 (UTC +04:00)

Rusiyanın müxtəlif şəhərlərində qarabaşağın qiymətində kəskin artım müşahidə olunur.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qarabaşaq yarması tədarükçüləri pərakəndə satıcılara qiymət artımı barədə xəbərdarlıq edib. "Auchan" nümayəndəsinin sözlərinə əsasən, söhbət 20-25%-lik artımdan gedir.

Şərqi Sibirin ən iri pərakəndə satış şəbəkəsi olan "Komandor"un nümayəndəsi isə tədarükçülərin 1 kq qarabaşağa olan qiymətini 59 rubladək (təxminən 1,6 manat – red.) – 25-50% artırıblar: "Topdansatış qiyməti artır. Qarabaşaq sonuncu dəfə 3 il bundan öncə bahalaşmışdı".

Mütəxəssislərin fikrincə, topdansatış məntəqələrində qarabaşağın bahalaşması nəticəsində sözügedən məhsul istehlakçıya əvvəlkindən 5-30% daha baha çatacaq. Yeni ildən sonra qarabaşağın pərakəndə qiymətinin daha 10% artacağı gözlənilir.

"Əvvəlki iki ildə qarabaşağın qiymətləri endirildi və fermerlər bu məhsul üçün əkin sahələrini azaltmağa başladı. Nəticədə, topdansatış bazarında tədarük qıtlığı yarandı", - deyə "Rusprodsoyuz" sənaye birliyinin icraçı direktoru Dmitri Vostrikov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR