Rusiyada qəbiristanlıqda torpağın çökməsi nəticəsində iki nəfər ölüb

Rusiyada qəbiristanlıqda torpağın çökməsi nəticəsində iki nəfər ölüb
# 20 noyabr 2019 06:31 (UTC +04:00)


Rusiyanın Murmansk vilayətinin Monçegorsk şəhərindəki qəbiristanlıqda aparılan tikinti işləri zamanı iki nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

APA "İnterfax"a istinadla xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Murmansk vilayəti üzrə İstintaq İdarəsi tərəfindən məlumat yayılıb.

Bildirilib ki, tikinti işləri aparılarkən qəbiristanlıqda drenaj sistemi quraşdırılan zaman torpağın çökməsi iki nəfərin ölməsinə, üç nəfərin isə yaralanmasına səbəb olub.

İstintaq İdarəsinin nümayəndəsi Tatyana Kovalyevanın verdiyi açıqlamaya görə, yaralılardan birinə ambulator şəraitdə tibbi yardım göstərilib, digər iki nəfər isə vəziyyəti normal olduğundan həkim müayinəsindən imtina edib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR