Rusiyada qəzaya uğrayan helikopterin yeri müəyyən edilib - YENİLƏNİB

Rusiyada qəzaya uğrayan helikopterin yeri müəyyən edilib  - YENİLƏNİB
# 28 dekabr 2021 01:59 (UTC +04:00)

Rusiya Federasiyasının Udmurtiya Respublikasında qəza enişi edən helikopterin yeri müəyyən edilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiyanın Fövqəladə hallar Nazirliyi məlumat verib.

Pilot və sərnişinlərə tibbi yardım edilib. Qəzanın nəticələrinin aradan qaldırılması üçün iş aparılır.

***

15.48

Rusiyada helikopter qəzaya uğrayıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, helikopter Udmurtiya respublikasında neft kəmərinə baxış keçirərkən qəzaya uğrayıb.

"Moskva vaxtı ilə saat 14:00 radələrində Udmurtiyanın Yakşur-Bodinski bölgəsində helikopterin qəzaya uğraması barədə məlumat daxil olub. Helikopter neft kəmərinə baxış keçirirmiş", - mənbə bildirib.

Helikopter Kazandan havaya qalxıb. Hazırda onun mənsubiyyəti müəyyən edilir. Qəza yerinə xilasedicilər cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR