Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 18 nəfərə çatıb

Rusiyada saxta spirtli içkidən ölənlərin sayı 18 nəfərə çatıb
# 06 iyun 2023 10:44 (UTC +04:00)

Rusiyanın Ulyanovsk vilayətində surroqat sidrdən (red. – spirt əvəzedicisi) zəhərlənmə nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin Səhiyyə İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Vilayət üzrə zəhərlənənlərə tibbi yardım göstərmək üçün xəstəxanalarda 88 nəfərlik çarpayı hazırlanıb, 4-6 iyun tarixlərində vilayətdə spirtli içkidən 51 zəhərlənmə faktı aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR