Rusiyada şaxtada partlayış olub

Rusiyada şaxtada partlayış olub
# 23 aprel 2022 09:27 (UTC +04:00)

Rusiyanın Orenburq vilayətindəki Qayski mədən-emalı zavodunda partlayış baş verib.

APA-nın Rusiya bürosunun yerli mətbuata istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb. Ştatdankənar partlayıcının işə salınması 1,2 km dərinlikdə baş verib. Orenburq vilayəti hökumətinin mətbuat xidməti hadisənin planlaşdırılan partlayış nəticəsində baş verdiyini bildirib.

Zavodun mətbuat xidməti bildirib ki, ölənlərin cəsədlərində heç bir xarici xəsarət yoxdur. Regional prokurorluq 88 işçinin təxliyə edildiyini bildirib. Hadisə yerində icra hakimiyyətlərinin, rayon prokurorluğunun nümayəndələri və yerli yanğın-xilasetmə qarnizonunun əməliyyat qrupu işləyir.

Faktla bağlı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 216-cı maddəsi ("İşin icrası zamanı təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olan") ilə cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR