Rusiyada səfərbərliklə orduya çağırılanlar 3300 dollardan çox maaş alacaq

Rusiyada səfərbərliklə orduya çağırılanlar 3300 dollardan çox maaş alacaq
# 22 sentyabr 2022 12:21 (UTC +04:00)

Qismən səfərbərlik çərçivəsində Rusiya Silahlı Qüvvələrin sıralarına çağırılan rusiyalılar ayda 205 min rubl (5725 AZN, 3367 ABŞ dolları) və ya daha çox müavinət alacaqlar.

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Yakutiyanın hərbi komissarı Aleksandr Avdonin bildirib.

“Səfərbərliyə çağırılan bütün vətəndaşlar müqavilə üzrə hərbi qulluqçulara bərabər tutulur, vəzifəsindən və hərbi rütbəsindən asılı olaraq, eyni miqdarda, 205 min rubldan başlayaraq pul müavinəti alırlar”, - hərbi komissar Yakutiya Respublikasının operativ qərargahının brifinqində qeyd edib.

Onun sözlərinə görə, ilk növbədə, qismən səfərbərliyə ən azı üç il bundan öncə hərbi xidmət keçmiş və hərbi xidmət vərdişlərinə malik gənclər çağırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR