Rusiyada sərnişin avtobus qəzaya uğrayıb, biraylıq körpə və bir kişi ölüb 

Rusiyada sərnişin avtobus qəzaya uğrayıb, biraylıq körpə və bir kişi ölüb 
# 06 yanvar 2022 07:40 (UTC +04:00)

Rusiyanın Voronej şəhərində ağır yol qəzasında iki nəfər ölüb.

APA “Voronej” televiziyasına istinadən xəbər verir ki, Hadisə Novosibirskaya küçəsində, “Cənub qütbü” ticarət mərkəzinin yaxınlığında baş verib.

Məlum olub ki, “LADA Granta” markalı avtomobilli idarə edən 28 yaşlı qadın idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb və 14 saylı avtobusla toqquşub.

Qəza nəticəsində minik avtomobilinin ön oturacağında olan kişi və biraylıq körpə uşaq dünyasını dəyişib. Sürücü və bir sərnişin xəstəxanaya yerləşdirilib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin səbəblərini müəyyənləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR