Rusiyada sərnişin təyyarəsinin qarğıdalı sahəsinə sərt eniş anının VİDEOSU

Rusiyada sərnişin təyyarəsinin qarğıdalı sahəsinə sərt eniş anının VİDEOSU
# 15 avqust 2019 14:15 (UTC +04:00)

Rusiyada sərnişin təyyarəsinin qarğıdalı sahəsinə sərt enişinin videosu yayılıb.

APA-nın məlumatına görə, REN TV-nin yaydığı videoda qəza enişi əks olunub.

Təyyarənin sərt eniş anında sərnişinlərin qışqırıq səsləri eşidilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan "Ural" hava yollarına məxsus “Aerobus A321” təyyarəsi Moskva vilayətində qarğıdalı sahəsinə enməli olub. Qəza enişi təyyarə havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılması səbəbindən baş verib. Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb. Bununla belə pilotlar təyyarəni qarğıdalı sahəsinə endirə biliblər.

Sərt eniş nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Təyyarədəkilərin hamısı təxliyə olunub.

Hadisə ilə bağlı cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR