Rusiyada son sutka ərzində 51 mindən çox insan COVID-19-a yoluxub 

Rusiyada son sutka ərzində 51 mindən çox insan COVID-19-a yoluxub 
# 03 sentyabr 2022 12:09 (UTC +04:00)

Rusiyada son sutkada yeni növ koronavirusa (COVİD-19) 51 699 nəfər yoluxub.

APA-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, indiyədək koronavirusa yoluxanların sayı 19 milyon 681 min 381 nəfər olub.

Rusiyada ardıcıl olaraq ikinci gündür ki, koronavirusa yoluxanların sayı 50 mini ötür.

Son sutka ərzində bu virusdan 92 nəfərin öldüyü bildirilib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 384 min 624 nəfərə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR