Rusiyada son sutkada 835 nəfər COVID-19-dan ölüb

Rusiyada son sutkada 835 nəfər COVID-19-dan ölüb
# 03 yanvar 2022 12:42 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 16 343 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 554 309 nəfərə çatıb.

Son sutka ərzində 835 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 311 353 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Almaniya, Böyük Britaniya və Fransadan sonra beşinci yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR