Rusiyada tələbələrə qismən səfərbərlikdən möhlət verilib

Vladimir Putin

© APA | Vladimir Putin

# 24 sentyabr 2022 23:51 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin əyani və qiyabi təhsil alan tələbələrə qismən səfərbərlikdən möhlət verilməsi haqqında fərman imzalayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə sənəd Kremlin saytında dərc olunub.

Bu tədbir müvafiq təhsil pilləsində birinci dəfə təhsil alanlara təsir edəcək.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-də ölkədə qismən səfərbərlik haqqında fərman imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR