Rusiyada terror aktının qarşısı alınıb - VİDEO

Rusiyada terror aktının qarşısı alınıb - VİDEO
# 20 iyun 2022 13:06 (UTC +04:00)

Rusiyada terror aktının qarşısı alınıb.

APA TASS-a istinadən xəbər verir ki, Federal Təhlükəsizlik Xidməti Zabaykal diyarında Suriyadakı “Həyat Təhrir əş-Şam” qruplaşmasının tərəfdarını saxlayıb.

Çita şəhərində saxlanılan şəxsin hüquq-mühafizə orqanlarına qarşı terror planlaşdırdığı bildirilib.

Onun yaşadığı yerdən 400 qram trotil ekvivalentində 2 partlayıcı element, 3 qumbara, AK-103 avtomatı, patron və digər döyüş sursatları götürülüb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR