Rusiyada təyyarə qəzasında 4 nəfər ölüb - YENİLƏNİB

Rusiyada təyyarə qəzasında 4 nəfər ölüb  - YENİLƏNİB
# 24 iyun 2022 08:24 (UTC +04:00)

Ryazanda təyyarə qəzasında 4 nəfər ölüb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə təyyarə qəzasına mühərrikin alışması səbəb olub.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, Belqorod-Orenburq reysi ilə uçan “İl-76” tipli təyyarə texniki nasazlığa görə kənar əraziyə eniş edib. Sərt eniş nəticəsində hava gəmisi zədələnib.

***

06.51

Ryazanda təyyarə qəzasında xəsarət alan 3 nəfər xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qəza zamanı təyyarədə 10 nəfər olub. Onlardan beşi xəsarət alıb.

***

05.38

Rusiyanın Ryazan vilayətində “İL-76” tipli təyyarə qəzaya uğrayıb.

APA xəbər verir ki, bu barədə TASS Rusiya FHN-in regional bplməsinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, saat 03.18-də (04.18 Bakı) Ryazan şəhərində təyyarənin yerə çırpılmasına dair məlumat daxil olub.

Hava gəmisi yerə düşdükdən sonra alışıb, 5 nəfər xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR