Rusiyada vulkan püskürüb

 Rusiyada vulkan püskürüb
# 14 iyul 2022 02:24 (UTC +04:00)

Rusiyanın Kamçatka regionunda Karımsk vulkanı püskürüb.

APA-nın Rusiya Elmlər Akademiyasına istinadla məlumatına görə, Karımsk vulkanının püskürməsi nəticəsində kül təxminən 12 km yüksəkliyə qalxıb.

Vulkanın yaxınlığındakı yaşayış məntəqələrində kül müşahidə edilib.

Karımsk vulkanı Kamçatka yarımadasının şimalında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR