Rusiyada yanacaq daşıyan maşın partlayıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB

Rusiyada yanacaq daşıyan maşın partlayıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb - YENİLƏNİB
# 07 iyul 2019 07:10 (UTC +04:00)

Rusiyanın Sverdlovski əyalətində Karpinsk-Kıtlım yolunun 44-cü kilometrində qəzaya düşən yanacaq daşıyan avtomobilin sürücüsünün sərxoş olduğu məlum olub.

APA xəbər verir ki, yerli KİV-in məlumatına görə, avtomobilin qəzaya düşməsi nəticəsində yaranan alovda 3 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alanlar helikopterlə Yekaterinburqa çatdırılıblar.

****

02:50


Rusiyanın Sverdlovski əyalətində bədbəxt hadisə baş verib.

APA “RİA Novosti”yə istinadla xəbər verir ki, yanacaq daşıyan avtomovilin partlayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin hansı səbəbdən baş verməsi istiqamətində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR